QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1053_qarabagla-bagli-razilasma-az-rbaycanin-uygun-bildi

DÜNYA

Hamısı

Qarabağla bağlı razılaşma Azərbaycanın uyğun bildiyi yerdə olacaq - AÇIQLAMA

(7 Ay, 15 Gün öncə) 8,32 B İzlenme 1 Yorum
Qarabağla bağlı razılaşma Azərbaycanın uyğun bildiyi yerdə olacaq - AÇIQLAMA

“Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın beşinci maddəsinə əsasən, biz Rusiya ilə ortaq nəzarət məntəqələrinin açılması mövzusunda danışıqlarda qərar aldıq”.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb:

“Bizlər də dəfələrlə Lavrovla görüşüb, danışıqlar apardıq. Bu müddəti Azərbaycanla birlikdə kordinasiyalı şəkildə davam etdirdik. Azərbaycanın da razılıq verdiyi şəkildə, daha öncə də bəyan edilən bəyanatın bəzi detalları elan edildikdən sonra Türkiyənin Müdafiə naziri ilə Rusiyanın Müdafiə naziri arasında sənəd imzalandı. 

Sabah Rusiyadan gələn heyətlə bu məsələnin detalları danışılacaq. Razılaşma Azərbaycan torpağında, Azərbaycanın özünün uyğun bildiyi yerlərdə olacaq. Yəni nəzarət mərkəzi çox önəmli işlər görəcək.

Razılaşmanın şərtlərinə zidd ola biləcək addımların qarşısı alınacaq. Atəşkəsin pozulması risklərinin qarşısını almaq üçün tədbir görüləcək. Bunları ortaq çalışma qrupu əngəlləyəcək. Amma burada ən önəmli məsələ ev sahibi ölkənin verdiyi ixtiyar, yer və detallardır ki, bu da təbii ki, Azərbaycanla birlikdə təsbit ediləcək”.

O qeyd edib ki, bu addımların sülhə aparacağına ümid edir:

“Ümid edirik ki, Ermənistan bunlardan dərs götürəcək. Bir başqa ölkənin torpağında ömür boyu qalmaq mümkün deyil. Səmimi deyirəm ki, bu prosesin sonunda Ermənistanın və erməni xalqının bunu anlayacağına inanıram. Prosesin sonu Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 17 Gün öncə
BIST
14140,21
ALTIN
497,5350,12
EURO
10,3700-0,11
DOLAR
8,6845-0,19
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı