RƏSMİ

Hamısı

Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ

(15 Gün, 4 Saat önce) 299 İzlənmə
Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ

“Oktyabrın 15-dək 546 şagird, 186 müəllim koronavirusa yoluxub”. 

 Bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, bugünədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma qeydə alınmayıb:

“Ümumilikdə yoluxma ilə bağlı 85 sinif bağlanmışdı. Onlardan 20-də tədris bərpa olunub. Hazırda yoluxma qeydə alınan 65 sinif bağlıdır. 

Müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı 48 məktəb bağlanıb. Onlardan da biri - Qubanın Qamqam kəndindəki məktəb artıq açılıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, yoluxmanın artımını təkcə təhsil müəssisələri ilə əlaqələndirmək olmaz:

“Son bir ayda biz özümüz də etiraf edək ki, rahatlaşmışdıq. Bu məsələdə maksimum diqqətli olmaq lazımdır. İnsanlar kənarda yoluxaraq, ev şəraitində müəllimləri yoluxdura bilərlər. Birmənalı şəkildə demək olmaz ki, müəllimlər də məktəblərdə yoluxur. Odur ki, əhalini maksimum dərəcədə karantin qaydalarına riayət etməyə çağırırıq”.


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı