QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1002_c-bh-zonasinda-bir-cox-k-ndl-rin-qazla-t-minati-b-

SOSIAL

Hamısı

Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edildi

(3 Ay, 2 Gün öncə) 759 İzlenme 0 Yorum
Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edildi

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq, uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır.

O cümlədən, Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, iki yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb.

Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə sentyabrın 27-dən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Gün, 19 Saat öncə
BIST
1524-1,49
ALTIN
438,4960,30
EURO
9,00640,63
DOLAR
7,44481,12
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı